“Seçkidə bir sıra yeniliklər müşahidə etdim” - Fransalı senator

 “Seçkidə bir sıra yeniliklər müşahidə etdim” -  Fransalı senator
  10 Fevral 2020    Oxunub:4029
"Azərbaycanda keçirilən parlament seçkilərini 20 məntəqədə müşahidə etdim. Bir məntəqədə isə səslərin sayılması prosesində iştirak edərək səslərin necə sayılması ilə bağlı dəqiq məlumat əldə etdim".
Azvision.az xəbər verir ki, bunu Fransa Senatının beynəlxalq əlaqələr və müdafiə komitəsinin sədr müavini Joel Guerriau deyib.

Onun sözlərinə görə, müşahidə zamanı barmaqlara rəngsiz mürəkkəbin vurulması kimi bir sıra yeniliklər müşahidə edib: "Bunu innovasiya kimi qəbul etdim. Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsini də qeyd etmək istəyirəm. Üçüncüsü, səslərin sayılmasında son dərəcədə ciddi sayma prosesi müşahidə etdim. Proses ümumilikdə müsbət məcrada keçirilib. Seçki prosesinə məsul şəxslərlə də görüşümüz oldu ki, bu da bizdə seçkilərin normal şəraitdə keçiriləcəyinə əminlik yaratdı".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Seçki   Müşahidəçi  





Xəbər lenti