Rayonlara güclü qar yağıb - Faktiki hava

 Rayonlara güclü qar yağıb -    Faktiki hava
  09 Fevral 2020    Oxunub:2892
Fevralın 9-u saat 19:00-a olan məlumatına əsasən, ölkə ərazisində qarlı, güclü küləkli hava şəraiti davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında: Zabrat, Maştağa, Binədə az qar yağır.

Əmələ gələn qar örtüyünün hündürlüyü: Aran rayonlarında 2-17 sm, dağətəyi rayonlarda 5-29 sm, dağlıq ərazilərdə 15-43 sm olub.

Külək: Şimal-qərb küləyi arabir Maştağada 38 m/s, Pirallahıda 35 m/s, Sumqayıtda 34 m/s, Bakıda 31 m/s, Qum adasında 30 m/s, Ələtdə 28 m/s, Çilov adasında 27 m/s, Binədə 22 m/s, Zabratda 21 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə küləyin sürəti 28 m/s, dalğanın hündürlüyü isə 6.5 metrə çatıb.

Neftçala, Naftalanda 34 m/s, Tərtər, Daşkəsəndə 26 m/s, Bərdədə 25 m/s, Gəncədə 24 m/s, Salyan, Ceyrançöldə 23 m/s, Tovuzda 22 m/s, Ağstafa, Şahdağ, Mingəçevir, Nabranda 20 m/s, Şəmkir, Astarada 19 m/s, Qrız, Xaçmaz, Culfada 18 m/s, Yardımlı, Ağdam, Qazıməmməd, Şabranda 16 m/s, Yevlax, Şəkidə 15 m/s .

Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti