Oqtay Əsədovun səhhəti ilə bağlı rəsmi açıqlama

 Oqtay Əsədovun səhhəti ilə bağlı  rəsmi açıqlama
  09 Fevral 2020    Oxunub:9405
Milli Məclisin Mətbuat xidməti spiker Oqtay Əsədovun səhhəti ilə bağlı yayılan məlumatları təkzib edib.
Mətbuat xidmətindən Azvision.az -a verilən məlumatda deyilir: "Fevralın 9-da “Turan” informasiya agentliyi xəbər verib ki, guya Milli Məclisin Sədri Oqtay Əsədov günün ikinci yarısında infarkt diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Milli Məclisin Mətbuat xidməti bildirir ki, bu xəbər həqiqətə uyğun deyil. Milli Məclisin Sədri Oqtay Əsədovun səhhətində hər hansı bir problem yoxdur".

Azvision.az



Teqlər: Milli-Məclis   Oqtay-Əsədov  





Xəbər lenti