Amerikalı müşahidəçi: “Seçicilərin fəallığı bizi məmnun etdi” - VİDEO

  Amerikalı müşahidəçi:  “Seçicilərin fəallığı bizi məmnun etdi” -  VİDEO
  09 Fevral 2020    Oxunub:4104
"Azərbaycana ilk dəfədir ki, səfər edirik. Biz böyük bir heyətlə ilə gəlmişik. Əsas məqsədimiz seçkiləri izləmək, müşahidə etmək və sonda ümumi nəticələrə baxış keçirməkdir".
Azvision.az xəbər verir ki, bunu ATƏT-in Amerika Birləşmiş Ştatlarından olan beynəlxalq müşahidəçisi Philip James deyib. Beynəlxalq müşahidəçi bildirib ki, bir çox seçki məntəqələrində olublar:

"Yaradılan şərait, seçicilərin fəallığı və insanların səmimiyyəti bizi məmnun etdi. Seçkinin gedişində heç bir qayda pozuntusuna yol verilməməsinin şahidi olduq. Əllbəttə ki, seçkilər haqqında ümumi qərar günün sonunda deyiləcək".



Azvision.az



Teqlər: Seçki   Müşahidə   Naxçıvan  





Xəbər lenti