Eldar Sultanov: Yevlaxda ölümlə nəticələnən yol qəzası barədə məlumat yalandır

  Eldar Sultanov:  Yevlaxda ölümlə nəticələnən yol qəzası barədə məlumat yalandır
  09 Fevral 2020    Oxunub:3015
Baş Prokurorluq Bakı-Qazax yolunda yol qəzası baş verməsilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Azvision.az -ın məlumatına görə, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov facebook sosial şəbəkəsindəki profilində bildirib ki, bəzi kütləvi informasiya vasitələrində fevralın 9-da guya Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində 3 nəfərin ölümü, 7 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsinə dair məlumatlar yayılıb.

"Həmin informasiyalar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur. Göstərilənlərlə əlaqədar, kütləvi informasiya vasitələrinin nümayəndələrindən bir daha xahiş olunur ki, sensasiya naminə reallığı əks etdirməyən məlumatların gələcəkdə yayılmaması, habelə bu kimi halların təkrarlanmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün aidiyyəti qurumların Mətbuat xidmətləri ilə dəqiqləşdirsinlər"-deyə, o bildirib.

Azvision.az



Teqlər: Baş-Prokurorluq   Qəza  





Xəbər lenti