İctimai nəqliyyatda daha bir yenilik

İctimai nəqliyyatda daha bir yenilik
  09 Fevral 2020    Oxunub:2388
Paytaxtın ictimai nəqliyyatında daha bir yeniliyin tətbiqinə başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, artıq Mərkəzi Dispetçer Xidmətindən avtobus sürücülərinə zəruri məlumatlar ötürülür. Sürücülər onlara mərkəz tərəfindən ötürülən yazılı və ya səsli məlumatları avtobuslardakı "sürücü ekranı" cihazları vasitəsilə əldə edirlər.

İlk belə məlumatlandırma bu gün həyata keçirilib. Hava şəraiti ilə bağlı sürücülərə yol hərəkətinin təhlükəsizliyi baxımından vacib olan təlimat xarakterli mesajlar göndərilib.

Azvision.az


Teqlər: BNA  





Xəbər lenti