“Seçicilərin fəallığı qənaətbəxş sayıla bilər” - MSK sədrinin müavini

“Seçicilərin fəallığı qənaətbəxş sayıla bilər” -   MSK sədrinin müavini
  09 Fevral 2020    Oxunub:2672
"Seçicilərin bu vaxta qədər olan fəallığı qənaətbəxş sayıla bilər".
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib. Onun sözlərinə görə, belə hava şəraitində seçicilər fəallıq göstərirsə, bu, seçkiyə marağın böyük olduğundan xəbər verir.

R.Qasımov, həmçinin bildirib ki, MSK-nın 115 saylı "Qaynar xətt"inə indiyədək daxil olan müraciətlər sorğu xarakterli olub və şikayət qeydə alınmayıb.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti