İndiyədək 1,5 milyona yaxın seçici səs verib - VİDEO

İndiyədək 1,5 milyona yaxın seçici səs verib -  VİDEO
  09 Fevral 2020    Oxunub:5707
Bu gün Azərbaycanda keçirilən parlament seçkilərində saat 12:00-a qədər 1 milyon 457 min 776 seçici iştirak edib.
Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

MSK rəsmisi bildirib ki, səsverməyə start verilən andan - saat 08:00-dan indiyədək ölkə üzrə 5 milyon 329 min 461 nəfər seçicidən 1 milyon 457 min 776 nəfəri (27.35%) səsvermədə iştirak edib.



Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti