“Seçki prosesi tam qanunauyğun şəkildə aparılır” - Leonid Kalaşnikov

 “Seçki prosesi tam qanunauyğun şəkildə aparılır” -    Leonid Kalaşnikov
  09 Fevral 2020    Oxunub:2361
Fevralın 9-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Rusiya Federasiyasının Dövlət Dumasının nümayəndə heyəti ilə görüşüb.

Azvision.az xəbər verir ki, qonaqları salamlayan MSK sədri seçki prosesi ilə bağlı məlumat verib.
M.Pənahov bildirib ki, seçkilər xarici və yerli KİV-lər tərəfindən yayımlanır. Seçkidə ölkədəki əksər siyasi partiyalar təmsil olunur. Seçki beynəlxalq və yerli müşahidəçilər tərəfindən izlənir. 1000 məntəqəyə veb-kamera quraşdırılıb.

Nümayəndə heyətinin rəhbəri Leonid Kalaşnikov bildirib ki, onlar müşahidələri zamanı seçki prosesinin tam qanunlar çərçivəsində aparıldığının şahidi olublar. Sonra MSK sədri qonaqların suallarını cavablandırıb.

Azvision.az



Teqlər: MSK   Seçki  





Xəbər lenti