“Hər hansı pozuntu qeydə alınmayıb” - ATƏT PA-nın müşahidəçisi

 “Hər hansı pozuntu qeydə alınmayıb” -  ATƏT PA-nın müşahidəçisi
  09 Fevral 2020    Oxunub:2845
Biz gün ərzində 10-12 məntəqədə müşahidə aparacağıq, indiyə qədər 3 məntəqədə olmuşuq, hər hansı neqativ hallar rastlaşmamışıq.

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ATƏT Parlament Assambleyasının beynəlxalq müşahidəçisi, lüksemburqlu Qraas Qustav Marsel deyib.
Onun sözlərinə görə, hələlik heç bir məntəqədə pozuntu halları qeyd edilməyib: "Seçki məntəqələrində səsvermə prosesi qanunvericiliyə uyğun şəkildə aparılır".

Azvision.az



Teqlər: ATƏT   Seçki  





Xəbər lenti