Əfqanıstanda 2 ABŞ əsgəri öldürülüb

Əfqanıstanda 2 ABŞ əsgəri öldürülüb
  09 Fevral 2020    Oxunub:2600
Əfqanıstanda hərbi geyimdə olan naməlum şəxsin açdığı atəş nəticəsində iki Amerika əsgəri həlak olub, 6 nəfər yaralanıb.
Azvision.az xarici mətbuata istinadla xəbər verir ki, atəş açan şəxs Əfqanıstanın Müdafiə Nazirliyinə məxsus hərbi geyimdə olub.

ABŞ Hərbi Hava Qüvvələrinin Əfqanıstandakı nümayəndəsi, polkovnik Sonni Leqqet deyib ki, hadisə Nanqanhar əyalətində, əfqan və amerikalı əsgərlər tədbirdən qayıdarkən meydana gəlib.

"Biz hələ də məlumat toplayırıq, hücumun səbəbi və ya motivi hələlik məlum deyil", polkovnik əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Əfqanıstan   ABŞ  





Xəbər lenti