Türkiyədə avtobus qəzası: 43 turist yaralanıb

  08 Fevral 2020    Oxunub : 2232
Türkiyədə avtobus qəzası: 43 turist yaralanıb
Türkiyənin Kayseri vilayətində içərisində turistlərin olduğu avtobus aşıb.
Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində 43 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumata görə, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Türkiyə   Qəza   Avtobus