Seçkiləri 132 beynəlxalq KİV işıqlandıracaq

Seçkiləri 132 beynəlxalq KİV işıqlandıracaq
  08 Fevral 2020    Oxunub:2446
“Sabah keçiriləcək Milli Məclisə seçkiləri 132 beynəlxalq KİV təmsilçisi işıqlandıracaq".
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

MSK sədri bildirib ki, onların sırasında ABŞ, Almaniya, Fransa, Rusiya, Türkiyə və digər ölkələrin media təmsilçiləri də var.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   KİV  





Xəbər lenti