Həbsxanaya gizli yolla telefon keçirmək istədi - FOTO

Həbsxanaya gizli yolla telefon keçirmək istədi -    FOTO
  08 Fevral 2020    Oxunub:2773
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 181.2.1; 181.2.5; 228.1 və 234.1-ci maddələrinə əsasən 10 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 2 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Məmmədov İsgəndər Aftandil oğluna dostu, Gəncə şəhər sakini Məmmədov Ruslan Arif oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan almaların içərisində xüsusi üsulla gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd "Samsung" markalı mobil telefon aparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Həbs  





Xəbər lenti