Maştağa sakinindən yarım kiloqram heroin götürülüb

Maştağa sakinindən yarım kiloqram heroin götürülüb
  08 Fevral 2020    Oxunub:1692
Axtarışda olan Maştağa sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları uğurlu əməliyyat keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 185-ci maddəsi (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) ilə axtarışda olan Maştağa qəsəbə sakini M.Babayev saxlanılıb. Ondan 510 qram narkotik vasitə olan heroin götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti