Bir ildə Naxçıvana 416 minə yaxın turist gəlib

Bir ildə Naxçıvana 416 minə yaxın turist gəlib
  08 Fevral 2020    Oxunub:1999
Naxçıvan Turizm İnformasiya Mərkəzində internet resurslarından səmərəli istifadə edilməklə mərkəzin internet səhifəsi muxtar respublikanın turizm imkanlarını əks etdirən materiallarla zənginləşdirilib, hazırlanmış videoçarxlar mərkəzin sosial şəbəkələrdəki səhifələrində yayımlanıb. Həmin səhifələrə 773 məlumat daxil edilib, 415 min 400 baxış sayı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin məlumatında bildirilib.

Qeyd olunub ki, görülmüş işlərin və yaradılmış müasir infrastrukturun nəticəsi olaraq 2019-cu ildə Naxçıvan Muxtar Respublikasına ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 415 min 932 turist gəlib.

Azvision.az



Teqlər: Naxçıvan   Turizm  





Xəbər lenti