Ər-Riyadda yaşayan azərbaycanlılarla görüş keçirildi

Ər-Riyadda yaşayan azərbaycanlılarla görüş keçirildi
  08 Fevral 2020    Oxunub:2070
Səudiyyə Ərəbistanında səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndə heyətinin Ər-Riyad şəhərində yaşayan azərbaycanlılarla görüşü keçirilib.
Komitənin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dövlət himninin səsləndirilməsilə başlayan görüşü giriş sözü ilə açan Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev Dövlət Komitəsinin nümayəndə heyətinin bu ölkəyə səfərini yüksək qiymətləndirib.

Sonra Dövlət Komitəsinin fəaliyyətinə həsr olunan video-çarx nümayiş etdirilib.

Tədbir iştirakçılarına rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr barədə məlumat verən Dövlət Komitəsinin sədri Fuad Muradov diqqəti “Strateji Yol Xəritəsi”nə uyğun olaraq Koordinasiya Şuralarının təsis olunmasına, Azərbaycan evlərinin yaradılıb soydaşlarımızın istifadəsinə verilməsinə, diaspor xəritəsinə, hazırlanan təbliğat vasitələrinin sosial şəbəkələrdə yayılmasına və digər məsələlərə cəlb edib. O, həmvətənlərimizi sosial şəbəkələrdə fəal olmağa, böyük diaspor ailəsinə qoşulmağa dəvət edib.

DİDK nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfər etməsindən məmnunluq duyduqlarını bildirən soydaşlarımız qarşılaşdıqları problemlərdən söz açıblar, milli-mədəni dəyərlərimizin təbliği məqsədilə bu ölkədə həyata keçirilə biləcək layihələr barədə fikir mübadiləsi aparıblar. Səsləndirilən problemlərin bəzilərinə tədbirin gedişi zamanı operativ şəkildə aydınlıq gətirilib.

Azvision.az



Teqlər: Fuad-Muradov   Ər-Riyadd  





Xəbər lenti