Təbiət keşikçi ilə deyil, sevgi ilə qorunur

Təbiət keşikçi ilə deyil, sevgi ilə qorunur
  08 Fevral 2020    Oxunub:1928
Abşeron Milli Parkında “Təbiət keşikçi ilə deyil, sevgi ilə qorunur!” şüarı altında Dünya Vəhşi Təbiətin Mühafizəsi Təşkilatının, Azərbaycan Ornitoloji Cəmiyyətinin və məktəblilərin iştirakı ilə ekoloji təlim keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Abşeron Milli Parkının yaradılmasının 15 illiyi ilə əlaqədar təşkil olunan tədbirə Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin dəstəyi ilə Suraxanı rayonunun 280 saylı məktəbinin 40-dan artıq şagirdi qatılıb.

Məktəblilərə Azərbaycanın qorunan təbiət ərazilərinin əhəmiyyəti, flora və fauna növlərinin mühafizəsi, ətraf mühitə münasibətdə məktəblilərin mövqeyi ilə bağlı məlumatlar verilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb. Təlimdə fəallıq göstərən şagirdlər hədiyyələrlə mükafatlandırılıb, bütün iştirakçılara isə il ərzində yaxınları ilə birgə parka ödənişsiz daxil olmaları üçün Abşeron Milli Parkı tərəfindən dəvət kartı paylanılıb.

Qeyd edək ki, Abşeron Milli Parkı ölkə başçısının 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə yaradılıb. Bu gün milli parkda “Açıq qapı” günü elan edilib.

Azvision.az



Teqlər: ETSN  





Xəbər lenti