Həbsdəki qohumuna narkotik gətirən saxlanıldı - FOTO

Həbsdəki qohumuna narkotik gətirən saxlanıldı -    FOTO
  08 Fevral 2020    Oxunub:1820
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 180.2.1; 180.2.2 və 56.1.3-cü maddələrinə əsasən 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Quliyev Ruslan Eldar oğluna qohumu, Bakı şəhər sakini Nəsibov Gündüz İman oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şirniyyatın içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,781 qram narkotik maddə - həşiş qətranı, 0,854 qram narkotik maddə - tiryək və 1,614 qram narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Penitensiar-Xidmət  





Xəbər lenti