Təhlükəli virusun yayıldığı ölkədə müəmmalı ölüm

Təhlükəli virusun yayıldığı ölkədə müəmmalı ölüm
  08 Fevral 2020    Oxunub:2143
Çinin Uhan şəhərində yeni növ koronavirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən Yaponiya vətəndaşı ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Çin həkimləri onun koronavirusa yoluxma ehtimalının yüksək olduğunu bildiriblər, lakin bunu dəqiq müəyyən etmək çətinlik yaradıb. Buna görə ölüm səbəbi viral pnevmaniya adlandırılıb.

İnfeksiya faktı təsdiqlənərsə, bu, Yaponiya vətəndaşının koronavirusdan ölümü ilə bağlı ilk hadisə olacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   Koronavirus   Yaponiya  





Xəbər lenti