Atəşkəs rejimi 22 dəfə pozulub

Atəşkəs rejimi 22 dəfə pozulub
  08 Fevral 2020    Oxunub:1944
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
Azərbaycanın Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Nəmirli, Şuraabad, Tağıbəyli, Mərzili, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Azvision.az


Teqlər: Cəbhə   Atəşkəs   Təxribat  





Xəbər lenti