Koronavirusdan ölənlərin sayı 723-ə çatıb

Koronavirusdan ölənlərin sayı 723-ə çatıb
  08 Fevral 2020    Oxunub:2664
Çində koronavirusun yeni növünə (2019-nCoV) yoluxanların sayı 34 min 621, virusdan ölənlərin sayı isə 723 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 27 min nəfərdən çoxdur. İndiyədək 2055 nəfər sağalaraq xəstəxananı tərk edib, virusa yoluxanlardan 6101 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya, İsveç və Belçikada 276 nəfər koronavirusa yoluxub.

Azvision.az



Teqlər: Çin   Koronavirus  





Xəbər lenti