Şamaxıda qəza: ölən və yaralı var

Şamaxıda qəza: ölən və yaralı var
  24 Dekabr 2013    Oxunub:1091
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonunda Bakı-Şamaxı avtomobil yolunun 110-cu kilometrliyində “VAZ” markalı 2 minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzası baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində deformasiya uğramış minik avtomobillərinin sürücüləri yaralı halda və sərnişin 1990-cı il təvəllüdlü Həsənov Həsənalı Benyəmin oğlu dünyasını dəyişərək avtomobillərdə sıxılmış vəziyyətdə qalıblar. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayyət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 2 nəfər yaralı və H.Həsənovun cəsədini avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 00:18-də başa çatıb.


Teqlər:





Xəbər lenti