Ramin Quluzadə bütün qurumlara tapşırıq verdi

Ramin Quluzadə bütün qurumlara tapşırıq verdi
  07 Fevral 2020    Oxunub:2794
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və qurumları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fevralın 7-dən 8-nə keçən gecədən başlayaraq fevralın 10-nu gündüzədək hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi, temperaturun 15-18 dərəcə aşağı enəcəyi və yağıntının intensiv olacağı ilə bağlı 07 fevral 2020-ci il tarixli xəbərdarlığı ilə əlaqədar gücləndirilmiş iş rejiminə başlayıb.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nazir Ramin Quluzadə telekommunikasiya, poçt və nəqliyyat xidmətlərinin fasiləsizliyinin və dayanıqlılığının təmin edilməsi üçün əlavə zəruri tədbirlərin görülməsi, mal-material ehtiyatlarının yaradılması, qida qurğularının normal işinin təmin edilməsi və təhlükəsizlik tədbirlərinə ciddi riayət ediləməsi ilə bağlı nazirliyin bütün qurumlarına göstəriş verib.

Məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görülməsi tapşırılıb.

Əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verilib.

Azvision.az



Teqlər: RaminQuluzadə  





Xəbər lenti