Çamadanın tutacağından heroin çıxdı - FOTO
Lakin onların çamadanlarına rentgen qurğusu ilə baxış zamanı şübhəli predmetlərin təsviri görünüb.
Yoxlama zamanı çamadanların plastik tutacağı ilə diyircəklərini birləşdirən metal borularının içərisindəki boşluqlarda yerləşdirilən 9 ədəd bükümdə, ümumi çəkisi 369 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, çəkisi 108 qram olan ağ rəngli pisixotrop maddə-metamfetamin aşkarlanıb.
Şəxsi yoxlama zamanı isə həkim müayinəsinə ehtiyac yaranıb. Bu zaman xanım vətəndaşların birinin daxili orqanı - düz bağırsağından, gömrük nəzarətindən gizlədilmiş sellofana bükülü 2 ədəd bükümdə, qablaşdırılması ilə birgə çəkisi 61 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.
Azvision.az
Teqlər: DGK