Mədəniyyət Nazirliyi müsabiqə elan edib

  07 Fevral 2020    Oxunub : 1485
Mədəniyyət Nazirliyi müsabiqə elan edib
2019-cu ildə Bakı şəhəri UNESKO-nun qərarı ilə bu təşkilatın Yaradıcı Şəhərlər Şəbəkəsinə “Dizayn” tematikası üzrə daxil edilib. Bu əsasda "Azerbaijan Design Award" müsabiqəsi çərçivəsində Bakı Dizayn Şəhərinin xüsusi loqosunun hazırlanması üçün Mədəniyyət Nazirliyi və "Kreativ Azərbaycan" portalı loqo müsabiqəsini elan edib.
Mədəniyyət Nazirliyindən Azvision.az -a məlumata görə, müsabiqənin qalibi "Apple Macbook Air 2019" noutbukunu qazanacaq. Mükafat qalibə "Azerbaijan Design Award" müsabiqəsinin yekun tədbirində təqdim olunacaq. Nazirlik ölkənin bütün dizaynerlərini bu müsabiqədə iştirak etməyə çağırır.

Layihələr azerbaijandesignaward.com saytında xüsusi “Baku Design City” kateqoriyasında qəbul olunacaq. Layihələrin qəbul tarixi 10 fevral - 20 fevral arasında aparılacaq. Müsabiqənin qalibi "Azerbaijan Design Award 2020" layihəsinin final gecəsində canlı elan ediləcək.

İştirak şərtləri:

- İştirakçı olmaq üçün rəsmi saytda qeydiyyatdan keçmək lazımdır;

- Hər iştirakçı mövzu üzrə maksimum 2 versiya təqdim edə bilər;

- Hər layihə mütləq 5 şəkildən (jpeg) ibarət olmalıdır;

- Hər yüklənən şəklin maksimum ölçüsü 2 mb olmalıdır;

- Təqdim olunan layihənin izahedici mətni olmalıdır;

- Təqdim olunan layihələr sizə məxsus olmalıdır.

UNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi haqqında məlumat: https://en.unesco.org/creative-cities/home

Azvision.az

Teqlər: Müsabiqə