Daha bir nəfərin namizədliyi ləğv edildi

Daha bir nəfərin namizədliyi ləğv edildi
  07 Fevral 2020    Oxunub:3328
86 saylı İsmayıllı seçki dairəsində namizədliyi qeydə alınan Şahvələdov Məzahir Səfər oğlunun namizədliyi ləğv edilib.
Azvision.az xəbər verir ki, bu barədə məsələyə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında baxılıb.

MSK katibi Arifə Muxtarova bildirib ki, həmin dairənin sədri tərəfindən Şahvələdov Məzahir Səfər oğlunun ikili vətəndaşlığının olması ilə bağlı komissiyaya müraciət daxil olub: "Tərəfimizdən yoxlamalar aparılıb və müraciətin doğruluğu sübut edilib”.

Daha sonra məsələ müzakirəyə qoyulub. Müzakirələr nəticəsində Şahvələdov Məzahir Səfər oğlunun namizədliyi ləğv olunub.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament   Deputat  





Xəbər lenti