Yaxın vaxtlarda Mübariz İbrahimovun ev muzeyi açılacaq

Yaxın vaxtlarda Mübariz İbrahimovun ev muzeyi açılacaq
  07 Fevral 2020    Oxunub:3781
Yaxın vaxtlarda Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi açılacaq.
Bu barədə Azvision.az -a Milli Qəhrəmanın qardaşı Bəhruz İbrahimov məlumat verib.

Şəhidin muzeyi doğulub boya-başa çatdığı rayonun Əliabad kəndindəki ata evinin həyətində inşa olunub. Muzey istifadəyə verildikdən sonra Milli Qəhrəmanın şəxsi əşyaları burada sərgilənəcək.

Qeyd edək ki, muzeyin tikintisinə 2019-cu ilin mart ayından başlanılıb.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: MilliQəhrəman   Mübarizİbrahimov  





Xəbər lenti