Çinli diplomat AQTA-da: Koronavirus müzakirə olundu

  Çinli diplomat AQTA-da:  Koronavirus müzakirə olundu
  07 Fevral 2020    Oxunub:2075
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Çindən Azərbaycana diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması ilə əlaqədar görüş keçirilib.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, Çinin Bakıdakı səfirinin ticarət-iqtisadi məsələlər üzrə müşaviri Van Çunqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə agentliyin sədr müavinləri Rüfət Rüstəmzadə və Balarəhim Quliyev iştirak edib.

AQTA-nın sədr müavini Rüfət Rüstəmzadə qonaqlara agentliyin fəaliyyət istiqamətləri, ölkədə qida təhlükəsizliyinə nəzarətlə bağlı görülən işlər barədə geniş məlumat verib.

Sonra Çinin ölkədəki səfirinin müşaviri Van Çunqan son vaxtlar Çində meydana gələn koronavirus xəstəliyinin dünyanın bir sıra ölkələrinə yayılmasına görə təəssüfləndiyini bildirib. Məlumat verilib ki, hazırda Çində koronavirusla bağlı epizootoloji vəziyyət nəzarət altındadır.

Görüşdə Çindən Azərbaycana diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması ilə əlaqədar müzakirələr aparılıb.

Azvision.az



Teqlər: AQTA   Görüş  





Xəbər lenti