Mübariz İbrahimovun xatirəsi yad edilib

Mübariz İbrahimovun xatirəsi yad edilib
  07 Fevral 2020    Oxunub:2342
Fevralın 7-si 2010-cu il iyunun 18-də cəbhənin təmas xəttində işğalçı ermənilərlə qeyri-bərabər döyüşdə böyük şücaət göstərərək şəhid olmuş Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Azvision.az -a verilən məlumata görə, Mübariz İbrahimovun doğum günü münasibətilə Milli Qəhrəmanın doğulduğu Biləsuvar rayonunun Əliabad kəndində keçirilən anma mərasimində igid döyüşçünün xatirəsi ehtiramla yad edilib.



Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin şəxsi heyətinin iştirakı ilə keçirilən tədbirdə Mübariz İbrahimovun doğma Vətən uğrunda böyük vətənpərvərlik hissi ilə qəhrəmanlıq göstərərək ölkəmizin tarixinə şərəfli bir səhifə yazdığı vurğulanıb.

Bildirilib ki, onun kimi qeyrətli oğulları olan Vətən mütləq qələbə qazanacaq.







Azvision.az


Teqlər: MilliQəhrəman   Mübarizİbrahimov  





Xəbər lenti