“Yüksəliş”in qalibləri dövlət qulluğuna imtahansız qəbul ediləcək

“Yüksəliş”in qalibləri dövlət qulluğuna imtahansız qəbul ediləcək
  07 Fevral 2020    Oxunub:3549
"Yüksəliş” müsabiqəsinin qalibləri dövlət qulluğuna imtahansız qəbul ediləcək.

Azvision.az xəbər verir ki, bunu "Yüksəliş" müsabiqəsi ilə bağlı yaradılan İşçi qrupun rəhbəri Fərhad Hacıyev deyib. Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi dövlət qulluğuna qəbul qaydalarına dəyişiklik ediləcək,
F.Hacıyev bildirib ki, “Yüksəliş” müsabiqəsinin hər bir qalibinə ayrılacaq 20 min manat qrantın 10 min manatı mütləq müsabiqə bitəndən sonra 1 il ərzində təhsilə xərclənməlidir.

"Müsabiqənin qalibləri kadrların ehtiyat bankına daxil ediləcək. Həmin şəxslərin uzun müddət kadr bankında qalacağına inanmıram. Bu gün ölkədə aparılan islahatları nəzərə alsaq, yəqin ki, onlar qısa müddətdə müvafiq işlə təmin olunacaqlar. Hətta bəzi qurumlar var ki, nəinki qaliblər, finala çıxacaq namizədlərlə belə işləmək istədiklərini ifadə ediblər. Müsabiqənin qalibləri üçün sonradan dövlət qulluğuna qəbul imtahanı tələb olunmayacaq. Biz bu barədə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ilə də danışmışıq. Bununla əlaqədar dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik ediləcək ”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Yüksəliş   Müsabibə  





Xəbər lenti