Naxçıvanda əhalinin 84 faizi özəl sektorda çalışır

Naxçıvanda əhalinin 84 faizi özəl sektorda çalışır
  07 Fevral 2020    Oxunub:1946
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşüb.
Azvision.az -ın məlumatına görə, görüşdə bildirilib ki, hazırda muxtar respublikada məşğul əhalinin 84 faizə yaxını özəl sektorda çalışır. Sənaye məhsulunun 95, tikintidə görülən işlərin 85, kənd təsərrüfatının isə 98 faizi özəl bölmənin payına düşür.

Qeyd olunub ki, muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Ötən il sahibkarlara 29 milyon manatdan artıq kredit verilib, 84 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb. 10 ildən artıqdır ki, muxtar respublikanın xarici ticarət dövriyyəsində müsbət saldo qeydə alınır. 2019-cu ildə də muxtar respublikanın xarici ticarət dövriyyəsinin həcmi 497 milyon ABŞ dollarından çox olub, ticarət əməliyyatlarının 85 faizdən çoxu ixracın payına düşüb. Keçən il büdcə gəlirlərinin 84 faizə yaxını vergi daxilolmaları hesabına formalaşıb.

Bu dövrdə sənayeləşmə uğurla davam etdirilib, sahibkarlıq subyektləri tərəfindən 75 istehsal və xidmət sahəsi istifadəyə verilib, 247 iş yeri açılıb.

Muxtar respublika üzrə 2019-cu ildə müəyyənləşdirilmiş vergi proqnozu 115,4 faiz icra edilib. Özəl sektordan vergi daxilolmaları ümumi vergi daxilolmalarının 64,7 faizini təşkil etməklə, 2018-ci ilə nisbətən 4 milyon 153 min manat artıq olub.

Azvision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti