Seçki dairələrində yanğın təhlükəsizliyi qaydaları barədə məlumat verilib

  07 Fevral 2020    Oxunub : 1365
Seçki dairələrində yanğın təhlükəsizliyi qaydaları barədə məlumat verilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Bakı şəhərinin Xətai rayonunun 95 nömrəli tam orta məktəbində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi 62 saylı Saatlı Seçki Dairəsində, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şabran şəhər 54 saylı Seçki Dairəsində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Mingəçevir şəhər Taun Əleyhinə Dispanserdə, Yevlax şəhər 1 nömrəli Musiqi Məktəbində, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lerik rayon Mədəniyyət Mərkəzində, Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsində maarifləndirmə tədbirləri keçirib.
FHN-dən Azvision.az -a verilən məlumata görə, tədbirlərdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında çıxışlar edilib. Eləcə də həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.

Həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi vurğulanıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

Tədbirlərdə yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanıb.

Azvision.az

Teqlər: FHN   Seçki