Koronavirusa yoluxanların sayı 31 mini ötüb

 Koronavirusa yoluxanların sayı 31 mini ötüb
  07 Fevral 2020    Oxunub:2456
Çində koronavirusun yeni növünə yoluxanların sayı 31,1 min nəfəri ötüb. İndiyədək bu xəstəlikdən 636 nəfər ölüb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, Çində virusla əlaqədar 186 mindən çox insan karantində saxlanılır.

Koronavirusa ən çox yoluxma halı (22,1 min) Hubey əyalətində qeydə alınıb. Orada 618 nəfər ölüb, 817 sakin isə sağalıb. Xəstələrlə təmasda olmuş 64 mindən çox insan həkimlərin nəzarətindədir.

Azvision.az



Teqlər: Çin   Koronavirus  





Xəbər lenti