Rusiya və NATO generalları Bakıda görüşdü

 Rusiya və NATO generalları Bakıda görüşdü
  06 Fevral 2020    Oxunub:3474
Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovla NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volters arasında görüş keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, generallar strateji sabitlik, dünyanın böhranlı bölgələrindəki vəziyyət barədə fikir mübadiləsi aparıb, həmçinin tərəflərin hərbi fəaliyyəti nəticəsində yaranan insidentlərin qarşısını almaq üçün atılan addımları müzakirə ediblər.

Azvision.az



Teqlər: NATO   General   Görüş  





Xəbər lenti