İrandan psixotrop maddə gətirən şəxs gömrükdə "ilişdi"

İrandan psixotrop maddə gətirən şəxs gömrükdə "ilişdi"
  06 Fevral 2020    Oxunub:1547
Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarətindən keçən zaman özünü şübhəli apardığına görə saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş əl yükündə gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən psixotrop maddə və narkotik vasitələrin olmadığını bildirib.



Şəxsi yoxlama zamanı onun üzərində olan cins şalvarın bel kəməri bağlanan yerinin astar hissəsindən 3 ədəd bükümdə çəkisi 0,9 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır.

Azvision.az





Teqlər: Gömrük  





Xəbər lenti