Gerasimov Bakıya gəldi, Nəcməddin Sadıkovla görüşdü

Gerasimov Bakıya gəldi, Nəcməddin Sadıkovla görüşdü
  06 Fevral 2020    Oxunub:2549
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Bakıda azərbaycanlı həmkarı general-polkovnik Nəcməddin Sadıkovla görüşüb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, tərəflər beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edib, habelə hərbi və hərbi-texniki əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.

"Bundan əlavə, Xəzərdə qarşılıqlı əlaqələri davam etdirməkdə maraqlı olduqlarını təsdiqləyiblər”, - deyə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Gerasimov  





Xəbər lenti