Gömrükdə külli miqdarda mobil telefon aşkarlanıb

Gömrükdə külli miqdarda mobil telefon aşkarlanıb
  06 Fevral 2020    Oxunub:1822
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonları Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Koreya Respublikası vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən saxlanılıb və "Qırmızı kanal"a yönləndirilib.

Baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub. Bu zaman ona məxsus çamadanda əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və yazılı formada bəyan olunmayan 15 ədəd "İphone", 1 ədəd "Huawei", 49 ədəd "Samsung" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Gömrük   Telefon  





Xəbər lenti