“Yaponçik”i öldürən şəxslərdən biri tutuldu

 “Yaponçik”i öldürən şəxslərdən biri tutuldu
  06 Fevral 2020    Oxunub:5900
Rusiyada 2009-cu ildə kriminal avtoritet Vyaçeslav İvankovun (Yaponçik) qətlə yetirilməsində iştirak etmiş şəxslərdən biri Murtaz Şadaniya saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə “TASS”a Rusiyanın İstintaq Komitəsinin (İK) rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib. Onun sözlərinə görə, saxlanılan şəxsə qarşı ittiham irəli sürülüb.

“Vyaçeslav İvankovun qətlinə dair aparılan istintaq çərçivəsində Rusiya İstintaq Komitəsi və Daxili İşlər Nazirliyinin Baş İdarəsinin Moskva Cinayət-Axtarış İdarəsi Murtaz Şadaniyanı saxlayıb. Ona Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2-ci (Qəsdən adam öldürmə) və 222.3-cü (Qanunsuz silah alveri) maddəsi ilə cinayət işi açılıb”.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Qətl  





Xəbər lenti