Təyyarə qəzasında yaralanan azərbaycanlı Qazaxıstan vətəndaşıdır

 Təyyarə qəzasında yaralanan azərbaycanlı Qazaxıstan vətəndaşıdır
  06 Fevral 2020    Oxunub:2504
İstanbulun Sabiha Gökçən hava limanında baş vermiş təyyarə qəzasında yaralananlardan biri azərbaycanlıdır.
Bu barədə Azvision.az -a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həmin şəxs Qazaxıstan vətəndaşıdır.

Xatırladaq ki, İzmirdən İstanbula uçan sərnişin təyyarəsi Sabiha Gökçən hava limanında sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb. Qəza nəticəsində üç nəfər ölüb, 180 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Azvision.az



Teqlər: XİN   Təyyarə   Qəza  





Xəbər lenti