Türkiyə Prezidenti: “Kədərimiz iki qat artıb”

  06 Fevral 2020    Oxunub : 1897
Türkiyə Prezidenti: “Kədərimiz iki qat artıb”
Vanda baş vermiş uçqun fəlakətləri və Sabiha Gökçen hava limanındakı təyyarə qəzası bizi dərindən kədərləndirdi.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter”də yazıb.

"Bu faciələr Elazığ zəlzələsi və əsgərlərimizin şəhid olmasından sonra yaşadığımız ağrını iki qat artırdı", - deyə Türkiyə lideri qeyd edib.

Xatırladaq ki, İstanbulun Sabiha Gökçən hava limanında baş vermiş təyyarə qəzasında 3 nəfər ölüb, 179 nəfər yaralanıb. Vanda baş vemriş qar uçqununda ölənlərin sayı isə 30-dan çoxdur.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ərdoğan   Türkiyə