AİDA Afrikada xeyriyyə aksiyası keçirib
Qeyd edək ki, AİDA İslam Əməkdaşlıq Təşkilatına üzv olan bir sıra Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasına 2012-ci ildən qoşulmuş və hazırda İslam İnkişaf Bankının bu proqram üzrə strateji tərəfdaşıdır.
Proqramın 2009-2016-cı illəri əhatə edən birinci mərhələsində 11 Afrika ölkəsində ümumilikdə ödənişsiz olaraq 300 mindən artıq insan müayinə edilib, görmə qabiliyyətini tam və ya qismən itirmiş 56 mindən artıq insan isə həyata keçirilmiş katarakt əməliyyatları nəticəsində görmə qabiliyyətini bərpa edib, 177 yerli həkimin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq təlimlər təşkil olunub. Keçirilmiş göz əməliyyatlarında Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzinin həkimləri də iştirak ediblər.
2018-ci ildən etibarən kampaniyanın növbəti 5 ildə keçiriləcək ikinci mərhələsi başlayıb. Bu çərçivədə 12 Afrika ölkəsində 100 min insanın əməliyyat olunması, 1 milyondan çox məktəblinin göz müayinəsi və optik eynəklərlə təmin edilməsi, 90 yerli həkimin peşəkarlıq səviyyəsinin artırılması nəzərdə tutulub.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: AİDA Afrika Xeyriyyə Aksiya