Azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxs tutuldu

 Azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxs tutuldu
  05 Fevral 2020    Oxunub:3242
"Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsidə azyaşlıya qarşı əxlaqsız hərəkət etməkdə şübhəli bilinən şəxs tərəfimizdən tutularaq cinayət məsuliyyətinə cəlb edilib".
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Azvision.az -a bildirib ki, 1990-cı il təvəllüdlü F.Hüseynov barəsində Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.

Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: BŞBPİ  





Xəbər lenti