İrəvanda hökumət binası qarşısında etirazlar - VİDEO

  05 Fevral 2020    Oxunub : 1958
 İrəvanda hökumət binası qarşısında etirazlar - VİDEO
Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirilir.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu dəfə avtomobil idxal edənlər etiraza başlayıblar.



Avtomobil İdxalçıları Birliyinin rəhbəri Tiqran Ovhannisyan deyib ki, keçən il avtomobillər sifariş ediblər, lakin nəqliyyat vasitələrinin olduğu konteynerlər hələ də boşaldılmayıb: “Yanvarın 31-dək təxminən 300 maşın bazarımızı tərk etdi, onlar hamısı Baqrataşen gömrük məntəqəsindədir. Baş nazirə son 300 maşının Ermənistana gətirilməsinə icazə verilməsi üçün məktubla müraciət etdik. Üç həftədir ki, cavab gözləyirik", - Ovhannisyan əlavə edib.

Ovhannisyan bildrib ki, maşınlara görə ödəniş ediblər, onların keçən il alınmasına dair bütün sənədlər, qəbzlər var: "İndi biz maşınları sərhəddən bura gətirmək üçün icazə verilməsini istəyirik”.

Xatırladaq ki, bu ilin yanvar ayından Avrasiya İqtisadi İttifaqının reqlamenti qüvvəyə minib. Sənədə əsasən üçüncü ölkələrdən gətirilən avtomobillərin gömrük rüsumları xeyli artırılıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Aksiya