Paşinyanın həyat yoldaşı məhkəməyə veriləcək

Paşinyanın həyat yoldaşı məhkəməyə veriləcək
  05 Fevral 2020    Oxunub:3666
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyan baş nazir Nikol Paşinyanın həyat yoldaşına məxsus “Aykakan jamanak” qəzetini məhkəməyə verməyə hazırlaşır.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Vanetsyanın vəkili Lusin Saakyan bildirib.

Sabiq direktorun vəkilləri yanvarın 23-də qəzetə müraciət göndərərək 12 yanvar tarixində dərc edilmiş "Şərəf duyuram, yaxud şərəf duymuram? Mişik, Artur, Arik” başlıqlı yazısı ilə bağlı təkzib verməyi tələb edib. Onlar yazının böhtan, yalan və absurd məlumatlar əsasında hazırlandığını vurğulayıblar.

L. Saakyan deyib ki, əlavə şərh vermək vaxt itkisidir və qəzetə qarşı mülki iddia hazırlayırlar.

Xatırladaq ki, Anna Akobyanın qəzetində dərc edilmiş məqalədə Vanetsyanın hökumət başçısının ailəsinə qarşı mətbuatda kampaniya təşkil etdiyi yazılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti