Ağcabədidə ağır qəza: Sürücü yaralandı, oğlu öldü

  Ağcabədidə ağır qəza:   Sürücü yaralandı, oğlu öldü
  05 Fevral 2020    Oxunub:2021
Ağcabədi rayonunun Boyat kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, fevralın 4-də saat 11 radələrində Ağcabədi rayonunun Boyat kəndi ərazisində Ağdam rayon sakini Ş.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini olan oğlu Nəcməddin xəstəxanaya yerləşdirilib. Sərnişin orada ölüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza   Ağcabədi  





Xəbər lenti