Gömrükdə qaçaqmalçılığın qarşısı alındı

Gömrükdə qaçaqmalçılığın qarşısı alındı
  05 Fevral 2020    Oxunub:1781
Bakı Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda aksiz markasız siqaretlərin və müxtəlif növ alkoqollu içkilərin realizə edilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən mənzildə məhkəmənin qərarı ilə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Baxış zamanı həmin mənzilin yataq otağından Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan 46100 ədəd müxtəlif markalı siqaretlər, mənzilin eyvanından isə 25 ədəd hər biri 1 litr olmaqla müxtəlif markalı spirtli içkilər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DGK   Gömrük  





Xəbər lenti