Bibiheybətdə 8 metrlik istinad divarı tikilir - FOTOLAR

   Bibiheybətdə 8 metrlik istinad divarı tikilir -    FOTOLAR
  05 Fevral 2020    Oxunub:4304
Bibiheybət məscidi istiqamətində olan yolda tikinti-bərpa işləri davam etdirilir.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli bildirib.



Onun sözlərinə görə, yoldan aşağı hissədə 2 yerdə svay əsaslı istinad divarının inşası nəzərdə tutulub ki, onlardan birinin yamacın aşağı hissəsində tikintisi yekunlaşmaq üzrədir:

"Bunun üçün ərazidə hazırda svay vurma işləri aparılıb. Svaylar 1 metr diametrində olmaqla 2 cərgə vurulub və üzərində 1.5 metr qalınləqda monolit dəmir-beton tava inşa edilib. Hazırda ərazidə 8 metr hündürlükdə istinad divarı inşa edilir. Yağış və qrunt sularının ərazidən kənarlaşdırılması üçün dəmir-beton küvetlər inşa edilib, yeni drenaj və yağış-kanalizasiya sisteminin yaradılması istiqamətində addımlar atılır. İstinad divarlarında su axınını təmin etmək üçünsə eninə istiqamətdə borular da atılacaq. Növbəti mərhələdə yamacın orta hissəsində də svay əsaslı istinad divarı inşa ediləcək. Bundan sonra yolda digər hərəkət zolaqların bərpası işləri görüləcək".

Qurum rəsmisi qeyd edib ki, tikinti-bərpa işlərinin iyun ayınadək yekunlaşdırılması nəzərdə tutulub.



Azvision.az


Teqlər: Bibiheybət   AAYDA  





Xəbər lenti