Ərdoğan Putinə şikayətləndi: “Bəşər Əsəd sülhə zərbə vurur”

 Ərdoğan Putinə şikayətləndi:   “Bəşər Əsəd sülhə zərbə vurur”
  05 Fevral 2020    Oxunub:3266
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçıları telefon söhbətində iki ölkə arasında münasibətlərlə yanaşı, Suriya və Liviyadakı son vəziyyəti müzakirə ediblər.

Ərdoğan bir neçə gün əvvəl İdlibdə Türkiyə hərbçilərinə hücum edən Bəşər Əsəd rejiminin Suriyada sülh səylərinə zərbə vurduğunu bildirib: "Türkiyə belə hücumlara qarşı qanuni müdafiə haqqından ən sərt şəkildə istifadə edəcək".

Azvision.az



Teqlər: Ərdoğan   Putin   Əsəd   Suriya  





Xəbər lenti