1860 məcburi köçkün ailə təsərrüfatı yaradıb

  04 Fevral 2020    Oxunub : 1394
1860 məcburi köçkün ailə təsərrüfatı yaradıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edənlər arasında həssas əhali qruplarından olan məcburi köçkünlərə də üstünlük verilir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, 2019-cu ildə özünüməşğulluq proqramına cəlb edilənlərdən 1860 nəfəri məcburi köçkünlər olub.

Onlar da digər proqram iştirakçıları kimi ilk növbədə təlimlərə cəlb ediliblər. Təlimlər zamanı kiçik biznesin qurulması və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələniblər.

Biznes-planlarını müdafiə etdikdən sonra onlara mal və materiallar formasında aktivlər təqdim edilib. Bu aktivlər hesabına həmin şəxslər ailə təsərrüfatlarını qurublar. Qurulan təsərrüfatların böyük əksəriyyəti kənd təsərrüfatı sahələri üzrədir.


Azvision.az

Teqlər: ƏƏSMN